İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın paytaxtı Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Seyidə Zeynəbin cənub-şərq ətrafına hücum edib.
Ucnoqta.az xəbər verir ki, Al Hadath telekanalının məlumatına görə, hücum zamanı Suriya ordusunun tərəfində vuruşan "Hizbullah" birləşmələrinin üç döyüşçüsü həlak olub.
Zərbənin hədəfi Hizbullah üzvlərinin yaşadığı yataqxana olub. Digər təfərrüatlar verilmir.