Dünyanın ən gözəl qızının adı açıqlanıb

20:41 - 9 Noyabr 2024 - MAQAZİN

Filippinin Paranaque şəhərində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biri olan "Miss Earth" iştirakçılarının mükafatlandırma mərasimi başa çatıb.

Ucnoqta.az xəbər verir ki, mükafatlandırma mərasimi YouTube-da yayımlanıb.

Yarışda 76 ölkədən qızlar iştirak edib. Finalda ənənəyə görə, dörd qalib seçilir - hər bir element üçün bir.
Ən şərəfli titul Miss Yer sayılır, lakin digər elementlərin də öz kraliçaları var - Hava, Od və Su.

Əvvəldən yarışın favoriti islandiyalı Hrafnhildur Haraldsdottir və amerikalı Bea Millan-Vindorski hesab olunurdu.
Proqnozlar özünü doğrultdu: ABŞ nümayəndəsi Miss Su titulunu aldı, islandiyalı isə Miss Hava oldu. Miss Od tituluna Perudan olan Niva Antezana layiq görülüb.
Müsabiqənin ümumi qalibi və "Miss Earth" titulunun sahibi Avstraliyadan olan 21 yaşlı Cessika Leyn olub.

Cessica Lane Miss Yer gözəllik müsabiqəsi tarixində birinci yeri tutan ilk avstraliyalıdır. O, Sunshine Coast Universitetində jurnalistika və yaradıcı yazı təhsili alır.

Xəbər xətti