Klub prezidenti: "Qarabağ"a ayırdığımız vəsaiti azaltmamışıq"
"Qarabağ"ı əvvəlki kimi dəstəkləyirik, devalvasiyaya baxmayaraq onlara ayırdığımız vəsaiti azaltmamışıq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsun Holding"in və "Qarabağ" futbol klubunun prezidenti Abdulbari Goozal deyib.
O deyib ki, təmsil etdiyi qurum sonadək bu klubu dəstəkləyəcək: "Son qəpiyimizə qədər "Qarabağ"a dəstək olacağıq. Bu, bizim borcumuzdur. "Qarabağ" bizim üçün qürur mənbəyidir. "Qarabağ" Qarabağın mövcudluğunun sübutudur. Təcavüzkar ölkə bu adı ələ keçirmək üçün çalışır. Klubu saxlayacağıq, əgər bacarmasaq, bayrağı başqasına təklif edəcəyik".
A.Gozal "Qarabağ"ın son oyunu ilə bağlı da danışıb: "Qarabağın uğursuzluğuna üzüldüm. Amma bu yaxınlarda futbola baxırdım. "Barcelona"nın 900 mln. dollarlıq büdcəsi olduğu halda 80 mln. dollarlıq büdcəsi olan klubdan 4 top buraxdı. Belə hallar da olur".