Müəllimlər üçün əlavə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycanda müəllimlər üçün əlavə yerləşdirmənin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, 3-5 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb. 4432 nəfər namizəd şəxsi səhifələrinə daxil olmaqla, təklif olunan vakant yerləri seçib və ərizələrini təsdiq edib. Ərizələrini təsdiq edən namizədlərdən 773 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçmək hüququ qazanıb.

Yerləşdirmənin nəticəsi, müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə gələrkən namizədlərdən şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və onun əlavəsini gətirmək tələb olunur.

Tarix
8 Sentyabr 2016 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-09-08 11:53:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin