Bərdədə azyaşlını maşın vurub

17:50 - 28 Avqust 2016 - HADİSƏ

 Bərdə rayonunda azyaşlının xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən azyaşlını vurub. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti