Ceyms Uorlik: "Rusiyanın Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq"

11:33 - 16 Avqust 2016 - SİYASƏT

  "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.
"Dağlıq Qarabağ münaqişənin davamlı həllinə nail olmaq üçün göstərilən səylərdə Rusiya prezidenti Vladimir Putinin şəxsən iştirak etməsini alqışlayırıq", - deyə, C.Uorlik vurğulayıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi həmişə münaqişənin həllinin bir hissəsi kimi nəzərdən keçirilib.

Xəbər xətti