ABŞ-ın Azərbaycandakı səfirliyində yeni müavin təyinatı olub

16:30 - 12 Avqust 2016 - SİYASƏT

ABŞ-ın Bakıdakı Səfirliyi yeni səfir müavini Uilyam Gilin Azərbaycanda fəaliyyətinə başlaması barədə məlumat yayıb . Səfirlikdən ucnoqta.az-a verilən məlumata görə, ABŞ-ın Dövlət Departamentində 1995-ci ildən çalışan cənab Gil ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır. Bakıya gəlməmişdən öncə o, Vaşinqtonda İnsan Resursları Bürosunda İnkişaf Məsələləri üzrə Əməkdaş kimi çalışmışdır. Cənab Gil 2011-2013 illərdə Qərbi Avropa Məsələləri üzrə Şöbəsinın Direktor Müavini və Müvəqqəti Direktoru işləmişdir. Cənab Gil 2007-2011 illərdə Milanda ABŞ Konsulu, 2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışaraq 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15,000 amerikalının təxliyə əməliyyatını əlaqələndirmişdir. Cənab Gil həmçinin Hindistan və Mərəkeşdədə fəaliyyət göstərib.

Cənab Gil Uilyam və Meri Kollecinin tarix üzrə bakalavr dərəcəsini almışdır. O, Virciniya Ştatında anadan olmuş və Fransız, Azərbaycan, İtalyan və Ərəb dillərində danışır.

Xəbər xətti