Slovakiya parlamentinin sədri Azərbaycana səfər edəcək

13:01 - 9 Avqust 2016 - SİYASƏT

Slovakiya Milli Şurasının (parlament) sədri Andrey Danko payızda Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə "Report"a eksklüziv müsahibəsində Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Lukaş Parizek bildirib.
"Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir. Aİ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya müntəzəm səfərləri davam edir. Slovakiyadan olan nümayəndə heyətinə gəlincə, hazırda biz Milli Şuranın sədri Andrey Dankonun 2016-cl ilin payızında Bakıya rəsmi səfəri üzərində işləyirik", - deyə Slovakiya XİN-in dövlət katibi əlavə edib.

Xəbər xətti