Putin: "Qarabağ münaqişəsinin həllində hər iki ölkənin xalqı qalib olmalıdır"

17:38 - 8 Avqust 2016 - SİYASƏT

 "Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistanı qane edəcək kompromis qərarın qəbul edilməsinə səy göstərir"."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib."Siz Qarabağdan danışdınız. Bu problem doğrudan da bizə keçmiş sovetlərdən qalıb. Bu məsələnin Azərbaycan və Ermənistan üçün həssas olduğunu bilirəm", - deyə Vladimir Putin vurğulayıb.

"Biz Azərbaycan və Ermənistanın hər iki tərəfi qane edəcək kompromis qəbul etməsinə səy göstəririk. Bu məsələdə qalib olmamalıdır. Hər iki ölkənin xalqı qalib olmalı və hər iki dövlət bu çətin məsələni günümüzün və gələcək nəslin maraqlarının təmin olunması baxımından həll etməlidir", - deyə Putin vurğulayıb.

Xəbər xətti