Şamaxıda 3 otaqlı evdə yanğın

09:55 - 10 İyul 2016 - HADİSƏ

  Şamaxı rayonunda 3 otaqlı evdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Çöl Göylər kəndində qeydə alınıb. 
Belə ki, kənddə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. 
Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti