Tovuzda bir ailənin 5 üzvü qarpızdan zəhərləndi

20:05 - 9 İyul 2016 - HADİSƏ

Tovuzda qarpızdan zəhərlənmə olub. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Nəbi Məmmədəli, onun oğlu Elbəy, gəlini 1990-cı il təvəllüdlü Aygün, nəvələri 2013-cü il təvəllüdlü Aynur və 2011-ci təvəllüdlü Gülnur qarpızdan zəhərlənərək Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Nəbi Məmmədlinin vəziyyəti ağır digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəbər xətti