Qəbələdə 1 nəfər göldə batıb

19:53 - 9 İyul 2016 - HADİSƏ

 Qəbələ rayonu, Nohurqışlaq kəndindəki göldə boğulma hadisəsi baş verib.Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində Nohur gölündə 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.

Xəbər xətti