Bakıda "Jeep" və "Mitsubishi" toqquşdu

09:51 - 9 İyul 2016 - HADİSƏ

  Bakının Babək prospektində yol qəzası baş verib. APA-nın məlumatına görə, "Jeep Grand Cherokee" markalı, 90-DL-068 dövlət nömrə nişanlı avtomobillə "Mitsubishi" markalı, 90-PC-446 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Zərbənin təsirindən "Jeep" yoldakı işıq dirəyinə dəyərək aşırıb, daha sonra isə yol kamerasının dirəyinə dəyərək dayanıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Xəbər xətti