Tovuzda itkin düşən 2 uşaq anası tapıldı- Bakıda

15:15 - 8 İyul 2016 - HADİSƏ

İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən 27 yaşlı Aytəkin Quliyeva tapılıb.Bu barədə Trend-ə A.Quliyevanın atası Məzahir Quliyev məlumat verib. Məzahir Quliyev bildirib ki, qızı bu gün Bakının Nəsimi rayonunda, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında kameralarda görünüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları nəticəsində A.Quliyevanın qaldığı yer müəyyən edilib və tapılıb. A.Quliyeva hazırda Tovuz rayon Polis Şöbəsində dindirilir.
Xatırladaq ki, Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva iyunun 14-də evdən çıxıb və bir daha geri qayıtmamışdı. Qadının ailəsində münaqişə yaşadıqdan sonra evi tərk etdiyi bildirilirdi.

Xəbər xətti