Göyçay sakini qardaşını və daha iki nəfəri bıçaqlayıb

13:28 - 8 İyul 2016 - HADİSƏ

 Göyçayda münaqişə zəminində üç nəfəri bıçaqlayan şəxs tutulub.“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.Nazirlikdən bildirilib ki, iyulun 8-də Göyçay şəhərindəki yeməkxanada şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Qasımov tutulub.

Xəbər xətti