Sabaha olan hava məlumatı- külək

12:48 - 8 İyul 2016 - ÖLKƏ İÇİ

 Bakıda və Abşeron yarımadasında iyulun 9-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

Xəbər xətti