ATƏT PA-nın vitse-prezidenti: “Azərbaycanın maraqlarını yüksək səviyyədə qoruyacağam”

14:40 - 5 İyul 2016 - SİYASƏT

 “ATƏT PA-nın vitse-prezidenti postunda Azərbaycanın maraqlarını yüksək səviyyədə qoruyacağam”.“Report" xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu seçim Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha möhkəmləndirəcək: "Mən də bütövlükdə bu qurumun gündəliyində olan məsələlərlə bağlı ATƏT PA-da daha qətiyyətli addımlar atmağa çalışacağam. Bu gün ATƏT regionunda çoxlu sayda problemlər, həlli uzanan münaqişələr var. Miqrant, qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların problemləri var. Üç illik mandatım müddətində bu problemlərin həllinə öz töhfəmi verməyə, Azərbaycanın maraqlarını yüksək səviyyədə qorumağa və mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.

Qeyd edək ki, bu gün Tbilisidə ATƏT PA-nın prezidenti və vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib. A.Quliyev səs çoxluğu ilə beynəlxalq təşkilatın vitse-prezidenti seçilib. Azərbaycan nümayəndəsinin namizədliyini 119 deputat dəstəkləyib. 

Xəbər xətti