Bayram namazının vaxtı açıqlanıb

18:05 - 4 İyul 2016 - ÖLKƏ İÇİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda Ramazan ayı münasibətilə qılınacaq bayram namazının vaxtını açıqlayıb. QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, bayram namazı idarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq.
Nəzərinizə çatdırırıq ki, Bayram namazı Bakının Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8:00-da qılınacaq.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzəpir məscidində bayram namazına qatılacaq.

Xəbər xətti