Uşaqların Beynəlxalq Müdafiəsi gününü Bakı Uşaq Teatrı öz balaca dostları ilə birgə keçirdi

16:22 - 2 İyun 2016 - Mədəniyyət

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününü Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrı öz balaca dostları ilə birgə keçirdi. Teatr kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə Şağan 1 saylı və Saray 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, Bakcell şirkətinin dəstəyilə SOS uşaq kəndində uşaqların qonağı olub. Müxtəlif nağıl qəhrəmanlarının və sehirbaz Tofiq əminin iştirak etdiyi şənliklər uşaqlar tərəfindən çox maraqla qarşılanıb.  Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin əməkdaşları da iştirak edib.


Xəbər xətti