Dövlət Neft Fondu hərraca 50 milyon dollar çıxarıb

12:46 - 31 May 2016 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 40 milyon ABŞ dolları məbləğində vəsait 3 banka və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Xəbər xətti