Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb

12:31 - 18 İyun 2026 - DÜNYA

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ABŞ-İran memorandumunun imzalanmasını yüksək qiymətləndirib.

Ucnoqta.az xəbər verir ki, o, mətbuat konfransında bildirib.
BAEA rəhbəri həmçinin Amerika mediasının məlumatına görə, 19 iyunda İsveçrədə keçiriləcək memorandumun rəsmi imzalanma mərasimində iştirak edəcəyini də istisna etməyib.

Qrossi həmçinin jurnalistləri İranın nüvə dosyesi üzrə gələcək razılaşmanın parametrləri, onun təsdiqlənmə müddəti və danışıqlarda potensial çətinliklər barədə spekulyasiya təhlükəsi barədə xəbərdar edib. "Texniki danışıqlar başlamazdan əvvəl detalları müzakirə etməyim düzgün olmazdı", - deyə o qeyd edib.

Xəbər xətti