Moskvaya dron hücumu davam edir - Neft Emalı Zavodu vurulub

07:49 - 18 İyun 2026 - DÜNYA

Moskvaya yaxınlaşarkən otuz üç dron vurulub. Bir dronun qalıqları Moskvanın cənub-şərqindəki ticarət mərkəzinin ərazisinə düşüb.

Ucnoqta.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, ticarət mərkəzinin ərazisindəki binalardan birinə ziyan dəyib. Xəsarət alan olmayıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Hücumdan sonra Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və uçuşuna məhdudiyyətlər qoyulub.

Qeyd edilib ki, Moskvaya hücum davam edir; bir neçə dron Moskva Neft Emalı Zavoduna hücum etməyi bacarıb və nəticələrin aradan qaldırılması üçün tədbirlər görülür.

Xəbər xətti