Pakistan ABŞ və İran arasında danışıqlarda əsas vasitəçi rolunu oynamağa davam edəcək və Qətərin bu təşəbbüsü ələ keçirmək planı yoxdur.
Ucnoqta.az xeber verir ki, bunu Baş nazirin müşaviri və Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Biz Pakistanın rəhbərlik etdiyi vasitəçiliyi dəstəkləyirik. Pakistan bizi bu nöqtəyə gətirməkdə mühüm rol oynayıb və ABŞ ilə İran arasında əsas vasitəçi rolunu oynamağa davam edəcək", - deyə diplomat brifinqdə məsələ ilə bağlı suala cavab verərkən bildirib.
Əl-Ənsari Dohanın regional təhlükəsizlik üçün məsuliyyətini ciddi qəbul etdiyini və İslamabadı dəstəkləməyə davam edəcəyini vurğulayıb. O, əlavə edib ki, son böhran Yaxın Şərq ölkələrinin münaqişələri müstəqil şəkildə həll etmək üçün səylərini birləşdirmək qabiliyyətini nümayiş etdirib.