"Real Madrid" "Barselona"nın 23 titulun əlindən alınmasını tələb edir

00:06 - 9 İyun 2026 - İDMAN

"Real Madrid" İspaniya hakimlər komitəsinin keçmiş vitse-prezidenti Enrike Neqreyraya ödədiyi dövrdə "Barselona"nın qazandığı bütün kubokların ləğvi üçün Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Diario AS məlumat yayıb.

Mənbənin məlumatına görə, "Real Madrid" artıq UEFA-ya hüquqi arqumentlər və sübutlar olan dosye təqdim edib və klubun fikrincə, bu, cəza tətbiq etmək üçün kifayətdir. "Real Madrid" "Barselona"nın Avropa yarışlarından kənarlaşdırılmasını və katalonların 2001-2018-ci illər arasında qazandığı bütün titulların ləğv edilməsini tələb edir.

Bu müddət ərzində "Barselona" doqquz İspaniya liqa titulunu, altı İspaniya Kubokunu və səkkiz İspaniya Super Kubokunu qazanıb.

Xəbər xətti