AB ilk dəfə İrana qarşı sanksiyalar tətbiq edir - Kallas

13:55 - 8 İyun 2026 - DÜNYA

AB Hörmüz boğazının bağlanması ilə əlaqəli İran fərdlərinə və qurumlarına qarşı ilk dəfə sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AB xarici işlər naziri Kaja Kallas Kiprdə AB müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Nazirlər bildiriblər ki, İranın Hörmüz boğazını bağlamaq üçün etdiyi hərəkətlər qəbuledilməzdir. Buna cavab olaraq AB ölkələri Hörmüz boğazının bağlanmasında iştirak edən İran fərdlərinə və şirkətlərinə qarşı sanksiyaları təsdiqləyiblər. Bu, AB-nin naviqasiya azadlığına qarşı sanksiya rejimi tətbiq etdiyi ilk haldır və bunu davam etdirəcək", - deyə o bildirib.

"Bölgədə tammiqyaslı müharibənin yenidən başlaması böyük nəticələrə səbəb olardı; bütün tərəflər danışıqlar masasına qayıtmalıdırlar", - deyə Kallas İran və İsrail arasında baş verən hücumlarla bağlı şərhində əlavə edib.

Xəbər xətti