Rusiyanın cənubundakı hava limanlarında əməliyyatların dayandırılması səbəbindən ən azı 14.000 sərnişin uçuş gözləyir.
Ucnoqta.az xəbər verir ki, bu abrədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb. Moskva vaxtı ilə saat 10:00-a olan məlumata görə, artıq 80-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.
Soçidə vəziyyət ən ağırdır, burada yeni məhdudiyyətlər son iki gündə uçuş cədvəlində ciddi pozuntuları daha da artırıb.
Assosiasiya bildirib ki, gecikmiş uçuşların sayı hər saat dayandıqca artacaq.