Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinin müşavirlərindən biri vəzifədən azad olunub.
Ucnoqta.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Çingiz Əliyev çalışmanın son yaş həddi ilə əlaqədar olaraq sədrin müşaviri vəzifəsindən azad edilərək təqaüdə yola salınıb.