Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var

11:40 - 6 May 2026 - HADİSƏ

Omsk vilayətində meşə yanğınlarını izləyən "Aeroprakt-22" yüngül təyyarəsi qəzaya uğrayıb.

Ucnoqta.az bildirir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu TASS-a məlumat verib.

İlkin məlumatlara görə, bu gün yerli vaxtla təxminən saat 13:00-da Omsk vilayətinin Azovski Alman Milli Dairəsinin Koşkarevo kəndi yaxınlığında "Aviabaza" MMC tərəfindən idarə olunan "Aeroprakt-22" təyyarəsi hava işləri apararkən qəzaya uğrayıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Xəbər xətti