ABŞ Yaxın Şərqdəki hərbi kontingentini 50 minə çatdırıb

13:00 - 7 May 2026 - DÜNYA

ABŞ İranla münaqişə fonunda fevral ayından bəri Yaxın Şərqdəki bazalarındakı əsgər kontingentini təxminən 10.000 əsgər artıraraq 50.000-ə çatdırıb.

Ucnoqta.az xəbər verir ki, The New York Times (NYT) bu barədə mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatından əvvəl bölgədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40.000 Amerika əsgəri yerləşdirilib.

Hazırda bölgədəki ABŞ əsgərlərinin sayı 50.000-i keçib.

Qəzet qeyd edir ki, Yaxın Şərqdəki bütün kontingent tam döyüş hazırlığı vəziyyətindədir. 

Xəbər xətti