Rostov vilayətində məktəblilərdən biri airsoft qumbarasının partlaması nəticəsində xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Rostov vilayəti Baş İdarəsindən məlumat verilib.
Məlumatla görə, bu gün Rusiya Daxili İşlər Nazirliyinin Millerovski Rayon İdarəsinə 8 nömrəli Millerovski orta məktəbindən airsoft qumbarasına bənzər bir əşyanın partlaması barədə məlumat daxil olub.
İlkin məlumata görə, 2008-ci il təvəllüdlü şagird xəsarət alıb və əllərində yüngül yanıqlar alıb.