"Mesopotamiya yeni növ taxıl ərsəyə gətirdi, biz isə... "

18:12 - 7 May 2026 - İQTİSADİYYAT

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ərzaqlıq buğda istehsalının məhsuldarlığı (hər hektardan) 5 tona çatdırılacaq: "Ölkə miqyasında orta məhsuldarlıq təxminən 3 ton ətrafındadır. Əsas hədəfimiz Azərbaycanda buğda istehsalında məhsuldarlığı 3 tondan 5 tona yüksəltməkdir". 

Əla, niyyətdi yaxşıdır, olsun, amma, bunun üçün hansı addımlar atılacaq?! Bu hədəfə necə nail olmaq mümkün olacaq?! Bu suallara cavab yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Real partiyasının  sədri Natiq Cəfərli deyib. 

Natiq Cəfərli bildirir ki, dünyada hər hektardan məhsuldarlığa görə lider ölkələr var – məsələn, Almaniyada orta məhsuldarlıq 7,5 ton, Fransada 6,8 ton, Misirdə 6,4 ton, Çində 6 tona yaxındır. Rusiyada orta məhsuldarlıq hər hektardan 4 tona yaxındır.:

"Stabil olmasa da (hava şəraitinə çox bağlıdır) yüksək məhsuldarlığa nail olan ölkələr arasında Zambiya, Səudiyyə Ərəbistanı, BƏƏ də var. Yeni Zenlandiyanın bəzi bölgələrində hektardan 10 ton məhsul alınır, ortalama göstərici 5,9 ton olsa da, yüksək məhsuldarlıq olan ərazilər var. 

Yaxşı, bizdə nə çatmır ki, uzun illərdir məhsuldarlıq çox aşağıdır? Orta məhsuldarlıq hər hektardan 3 ton belə deyil.

Nazir arzu-istəklərini dilə gətirməklə yanaşı, problemin həlli yollarını da göstərməli, bu haqda danışmalı, əsas da, iş görməlidir.

İnsan övladı 10-11 min il əvvəl yabanı taxılı əhliləşdirə bildi, Mesopotamiyada yeni növ yaratdı, yeni üsullarla taxıl ərsəyə gətirdi. Biz isə hələ də taxılla özümüzü təmin edə bilmirik, keyfiyyət aşağı, həcm isə azdır. Günü bu gün əmtəəlik taxılda 70-75% xaricdən asılıyıq. Belə..."

Xəbər xətti