Sabiq təhsil naziri Misir Mərdanova yeni vəzifə verilib.
Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, sabiq təhsil naziri Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə kafedra müdiri təyin edilib.
Qeyd edək ki, kafedra müdiri postunda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva olub.
Misir Mərdanov 1946-cı ildə anadan olub.
1992-ci ilin oktyabrından 1996-cı ilin oktyabrına qədər Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,
1996-cı ilin oktyabrından 1998-ci il martın 25-nə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.
1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir.
2013-cü ilin mayından AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində işləyib.