2024-cü ildə iki sui-qəsd cəhdindən sağ çıxan ABŞ Prezidenti Donald Tramp təhlükəsizliyi ilə bağlı narahat olmadığını bildirib.
Ucnoqta.az xəbər verir ki, NewsNation-a verdiyi müsahibədə bildirib.
"Mən bundan narahat deyiləm. Bizim əla insanlarımız var, onlar əla vəziyyətdədirlər. Düşünürəm ki, Məxfi Xidmət əla iş görür, ordu əla iş görür", - deyə o, qeyd edib.
"Bir şeyi dəqiq bilirəm: əgər bir şey baş verərsə, onu edən şəxs yox olacaq", - deyə Amerika lideri əlavə edib. O, prezidentin işini "dünyanın ən təhlükəli işi" adlandırıb.