Paytaxt yollarında tıxac var - SİYAHI

08:26 - 21 Yanvar 2026 - AVTO

Bakının bir sıra yollarında tıxac yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

4. "Ukrayna" dairəsi, “Əhmədli” metro stansiyası istiqamətində;

5. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

9. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


Xəbər xətti