Əslən azərbaycanlı olan məşhur şahmatçının ölüm səbəbi açıqlanıb

00:18 - 21 Yanvar 2026 - Xəbər

Amerikalı qrossmeyster Daniel Naroditski təsadüfən dərman zəhərlənməsindən ölüb.

Ucnoqta.az xəbər verir ki, TMZ bu barədə Şimali Karolina Baş Tibbi Ekspertiza İdarəsinə istinadən məlumat yayıb.

Naroditski ötən il oktyabrın 20-də 30 yaşında vəfat edib.

Naroditski 2015-ci il Dünya Komanda Çempionatında ABŞ-ni təmsil edib. 2019-cu ildə ABŞ Masters Çempionatında birinci yeri bölüşüb, 2013-cü ildə ABŞ Gənclər Çempionatında və 2007-ci ildə 12 yaşa qədər olanlar arasında Dünya Çempionatında qalib gəlib.

Danielin atası Vladimir Naroditski Ukraynadan ABŞ-a mühacirət edib, anası Yelena isə əslən Azərbaycandan olub. Daniel Naroditski Beynəlxalq Şahmat Federasiyası tərəfindən 151-ci yerdə qərarlaşıb. 2024-cü ildə rusiyalı qrossmeyster Vladimir Kramnik Naroditskini onlayn şahmatda fırıldaqçılıqda ittiham edib, Naroditski isə bu ittihamı rədd edib.

2019-cu ildə şahmatçı Stanford Universitetini tarix üzrə bakalavr dərəcəsi ilə bitirib. O, beynəlxalq qrossmeyster, məşqçi və şərhçi Sergey Şipovun Crestbook klubunda komanda turnirlərində iştirak edib. Naroditski şahmat üzrə bir neçə kitab, o cümlədən rus dilində kitab yazıb.
2022-ci ildən bəri Şarlott Şahmat Mərkəzində (Şimali Karolina, ABŞ) məşqçi işləyir.

Xəbər xətti