ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Amerika Qızıl Günbəz raketdən müdafiə sisteminin yerləşdirilməsindəki rolu ilə bağlı əlavə məsləhətləşmələrin aparılacağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, "Qızıl Günbəz"in Qrenlandiyaya tətbiqi ilə bağlı əlavə müzakirələr aparıldığını "Truth Social"da yazıb.
"Müzakirələr irəlilədikcə yeni məlumatlar təqdim ediləcək".
O, danışıqlarda kimin iştirak etdiyini açıqlamayıb.