Bu şəxslərə də 46 günlük əmək məzuniyyəti veriləcək

14:06 - 22 Yanvar 2026 - Cəmiyyət

"46 günlük əmək məzuniyyəti hüququ olan şəxslərin dairəsi genişləndirilib”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri mətbuat konfransında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu hüquq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı, habelə 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrinin icrası və ya Çernobıl AES-də xidmətlə bağlı səbəblər nəticəsində əlilliyi müəyyən edilmiş işçilərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı” adı almış işçilərə, döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş və sonradan əmək fəaliyyətinə cəlb olunmuş şəxslərə və Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə layiq görülmüş işçilərə şamil olunur. 

Xəbər xətti