Ucnoqta.az
www.ucnoqta.az

Misir Mərdanova yeni vəzifə verildi

15:57 - 22 Yanvar 2026 tarixində dərc olunub.

Sabiq təhsil naziri Misir Mərdanova yeni vəzifə verilib. 

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, sabiq  təhsil naziri Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə kafedra müdiri təyin edilib.

Qeyd edək ki, kafedra müdiri postunda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva olub.

Misir Mərdanov 1946-cı ildə anadan olub.
1992-ci ilin oktyabrından 1996-cı ilin oktyabrına qədər Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,

1996-cı ilin oktyabrından 1998-ci il martın 25-nə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir.

 2013-cü ilin mayından AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində işləyib.

Müəllif: Ucnoqta.az redaksiyası