Azərbaycanda kişi və qadın vəkillərin sayı açıqlanıb

09:47 - 19 Yanvar 2026 - Cəmiyyət

2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il hesabatıənda qeyd edilib.

Bildirilib ki, hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri kişi, 633 nəfəri isə qadındır. Onlardan 2 314 nəfəri Bakıda, 522 nəfəri isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir.

Həmçinin kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.

Xəbər xətti