İcra başçısının işdən çıxarılmasının TƏFƏRRÜATI

21:47 - 13 Yanvar 2026 - Xəbər

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

Ucnoqta.az axar.az-a istinadən xəbər verir ki, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib.

Xəbər xətti