Moldova ordusu NATO standartlarına tədricən keçidin bir hissəsi olaraq Kalaşnikov avtomatından imtina etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bunu Moldova müdafiə naziri Anatoli Nosatyi açıqlayıb.
"Nəhayət, Qərbdə istifadə edilən silahlara, NATO kalibrlərinə keçəcəyik ki, bu da bizə logistika, sursat və ehtiyat hissələrinə çıxış imkanı verir. Biz bunu tədricən edirik. Dörd və ya beş bölmə artıq Kalaşnikov avtomatından imtina edib", - Nosatyi bildirib.