Hamamda keçmiş məhkumun meyiti tapıldı

14:22 - 19 Noyabr 2025 - HADİSƏ

Sumqayıtda keçmiş məhkumun meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə 10-cu mikrorayon ərazisində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.

47 yaşlı Ramil Tacəddin oğlu Quliyev yaşadığı evin hamam otağında ölü halda tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti