Xalq artistinin dəfn yeri dəyişdirildi

13:39 - 19 Noyabr 2025 - Cəmiyyət

Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.

O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq.

Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Xəbər xətti