Bakıda fəaliyyət göstərən məşhur "Residence Cinema Club”-un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.
Ucnoqta.az-ın Teleqraf-a istinadən məlumatına görə, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq.
10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.
Qeyd edək ki, "Residence Cinema Club”-un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.