Çayxanada qumar oynayanlar saxlanıldı

11:15 - 17 Noyabr 2025 - ÖLKƏ İÇİ

Qax rayonunda çayxanada qumar oynayan şəxslər məsuliyyətə cəlb edilib.

Ucnoqta.az xəbər verir ki, rayonun Almalı kəndində Təvəkkül Məcidova məxsus çayxanada qumar oyununda iştirak edən üç nəfər Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bunlar kənd sakinləri – 1966-cı il təvəllüdlü Əhliman Babayev, 1983-cü il təvəllüdlü İlqar Vəliyev və 1995-ci il təvəllüdlü Zaur İslamovdur (ad-soyad şərti verilib – red.).

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

İş baxılması üçün qax Rayon Məhkəməsinə göndərilib.

Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Təqsirli bilinən şəxslərin hər biri 3 min manat miqdarında cərimə olunublar.///teleqraf

Xəbər xətti