Sumqayıtda avtomobil təmiri sexi yanıb

17:42 - 16 Noyabr 2025 - HADİSƏ

Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan 5 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunda təmirə dayanan “Volkswagen” markalı yük avtomobilinin mühərrik hissəsi və ön işıqları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti