Prezident Donald Tramp və Pentaqon katibi Pit Heqset əmr verərsə, ABŞ Quru Qoşunları Venesuelaya yerləşdirilə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Ordusunun katibi Daniel Driskol bunu CBS-də açıqlayıb.
Venesuela qüvvələrinin ABŞ üçün təhlükə yaradıb-yaratmadığı ilə bağlı suala cavab olaraq Driskol Quru Qoşunlarının bölgədə çoxsaylı təlimlər keçirdiyini bildirdi.
"Prezident və ya müdafiə nazirinin əmri olarsa, hərəkətə keçməyə hazır olacağıq", - deyə o əlavə etdi.