Ucnoqta.az
www.ucnoqta.az

Pentaqon qoşunlarının Venesuelaya yerləşdirilməyə hazır olduğunu açıqladı.

00:15 - 17 Noyabr 2025 tarixində dərc olunub.

Prezident Donald Tramp və Pentaqon katibi Pit Heqset əmr verərsə, ABŞ Quru Qoşunları Venesuelaya yerləşdirilə bilər.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Ordusunun katibi Daniel Driskol bunu CBS-də açıqlayıb.

Venesuela qüvvələrinin ABŞ üçün təhlükə yaradıb-yaratmadığı ilə bağlı suala cavab olaraq Driskol Quru Qoşunlarının bölgədə çoxsaylı təlimlər keçirdiyini bildirdi.
"Prezident və ya müdafiə nazirinin əmri olarsa, hərəkətə keçməyə hazır olacağıq", - deyə o əlavə etdi.

Müəllif: Ucnoqta.az redaksiyası