HƏMAS ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxdı

00:00 - 17 Noyabr 2025 - DÜNYA

ABŞ-nin BMT Təhlükəsizlik Şurasının üzvlərinə payladığı Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul edilərsə, anklavdakı vəziyyəti yaxşılaşdırmayacaq.

Ucnoqta.az xəbər verir ki, bu fikri HƏMAS-ın sözçüsü Hazem Qasem bildirib.

O, Əl-Cəzirəyə verdiyi açıqlamada bildirib ki, ABŞ qətnamə layihəsinin düzəlişləri və əsas müddəaları Qəzzadakı vəziyyəti sabitləşdirməyə yönəlməyib.

Qasemin sözlərinə görə, ABŞ qətnaməsinə alternativ olaraq atəşkəs rejimini gücləndirəcək və Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasına imkan verəcək sənəd qəbul etmək olar.

HƏMAS sözçüsü qeyd edib ki, hərəkat BMT Təhlükəsizlik Şurası üzvlərinin Qəzza zolağına, Qərb sahilinə və Qüdsə qarşı "İsrail təcavüzünün qarşısını alacaq" və Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin edəcək bir qətnamə qəbul etməsində israr edir.

Xəbər xətti