Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı həbs olunmuş keçmiş İstanbul meri Əkrəm İmamoğlunun məhkəməsinin ölkənin bütün televiziya kanallarında canlı yayımlanmasına çağırıb.
Ucnoqta.az xəbər verir ki, Baxçalı parlamentdə partiyasının fraksiyasının iclası zamanı bildirib.
"Məhkəmə prosesi TRT də daxil olmaqla bütün televiziya kanallarında canlı yayımlanmalıdır. Türk xalqı nə baş verdiyini görüb bilməlidir", - partiya lideri deyib.